“İndi biz Qarabağın müstəqilliyini tanıya bilmərik. Çünki zaman göstərdi ki, biz Qarabağın təhlükəsizliyini lazımi şəkildə təmin edə bilmədik. Əgər tanısaq, yenidən müharibə qaçılmaz və daha geniş miqyasda olacaq. Ermənistan isə müharibəyə hazır deyil”. Tribunainfo.az xəbər verir ki, bu fikirlərin müəllifi “Arevelk” tədqiqat mərkəzinin rəhbəri Gevorq Melkonyandır.
Onun sözlərinə görə, Ermənistanda bir çoxları sadəlöhvcəsinə bu məsələdəmn danışırlar. “İnsanlarımızın çoxu sadəlövhcəsinə düşünür ki, əgər Qarabağın müstəqilliyini tanısaq, bu, nəyisə dəyişəcək. Xeyr, heç bir sənəd bu bölgədə heç nəyi dəyişdirmək gücündə deyil. Bu bölgə əsrlər boyu başqası tərəfindən dəyişdirilib, indi onu ancaq başqası dəyişir”.