Müharibə NATO-nu necə gücləndirdi? – Açıqlama

Müharibə NATO-nu necə gücləndirdi? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“NATO Rusiya ilə müharibədə öz gücünü yoxladı. Son iki il sübut etdi ki, alyans ölkələrinin heç də hamısı müdafiə qabiliyyətini yüksək səviyyədə təmin etməyib. Başqa tərəfdən, NATO özünü yenidən reabilitasiya etdi və monolit olduğunu nümayiş etdirə bildi. Blok Ukrayna savaşı ilə bir vəhdət halına gəldi. Ona görə Şimal Atlantik Alyansı üçün yeni dövr başlanır”.

Bu fikirləri Tribunainfo.az-a siyasi ekspert Ramiyə Məmmədova bildirib. Onun sözlərinə görə, müharibə şəraitində NATO daha bir ölkəni üzv qəbul etdi: “Finlandiya bloka qoşuldu, İsveç də çox yaxındır. Baltik gölü NATO gölünə çevrildi. Bu mənada da istəklərini ifadə etdilər. Yəni Şərqə doğru genişlənmə planı dəyişməyib. Putin xatırlatdı ki, NATO şərqə genişlənməmə öhdəliyinə əməl etmədi. Amma Ukraynaya verilən bu vəd yaxın perspektivdə görünmür, alyansın onu özünə tərəf çəkdiyi bəllidir, sadəcə üzvlük zaman tələb edir. Moldova, Gürcüstan üçün şanslar yaxında deyil. Belə desək, NATO gücləndi”.