Müharibə iştirakçısı onun fotosunu “Tik-Tok”da paylaşan şəxsi məhkəmə verdi

Müharibə iştirakçısı onun fotosunu “Tik-Tok”da paylaşan şəxsi məhkəmə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan Apellyasiya Məhkəməsində xüsusi ittihamçı Mirzə Xəlilovun məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd: Xüsusi ittihamçı Mirzə Xəlilov apellyasiya şikayətini onunla əsaslandırıb ki, müharibə iştirakçısıdır və ikinci dərəcəli müharibə əlilidir:

“Qeyd etmək istəyirəm ki, mənə Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş pay torpaq sahəsinə Qarabağ qazisi kimi portretimi yerləşdirmişəm. Barəsində şikayət etdiyim İlkin Bədəlov isə mənim portretimi videoya çəkərək barəmdə böhtanlar atıb. O, guya mənim əlilliyimin saxtadır, “işverən” olduğmu bildirərək videonu “Tik-tok” sosial şəbəkəsində yerləşdirib”.
Sonra Mirzə Xəlilov xüsusi ittiham qaydasında Sabirabad Rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin 25 iyun 2025-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilib Həmin qərardan narazı qalan Mirzə Xəlilov apellyasiya şikayəti verib.