Son günlərdə qanlı hadisələrlə gündəmi zəbt edən Suriyada bu dəfə təntənəli toy keçirilib. Suriyanin mərkəzi Hələb şəhəri olan Aleppo vilayətində eyni anda 30 hərbi quluqçu toy edib.
Son günlərdə qanlı hadisələrlə gündəmi zəbt edən Suriyada bu dəfə təntənəli toy keçirilib. Suriyanin mərkəzi Hələb şəhəri olan Aleppo vilayətində eyni anda 30 hərbi quluqçu toy edib.
TİA.AZ xəbər verir ki, Suriyanın Aleppo vilayətində böyük toy korteji əsgərlərin müşayəti altında şəhəri dolaşıb. Toyda bəylər hərbi formada, gəlinlər isə gözəl donlarda olub.
Toy korteji Aleppo vilayətinin tarixi ərazilərindən keçib. Hansılar ki, ötən günlərdə müharibə zonası olub. Evlənən hərbi qulluqçulardan biri bildirib ki, bu toy Suriyada həyatın dayanmadığının ən gözəl nümunəsidir:
“Biz sübut etmək istəyirik ki, bütün çətinliklərə rəğmən, Suriyada həyat davam edir. Biz hamımız hər an müharibəyə hazırıq. Müharibə bitmədən heç birimiz hərbi formaları əynimizdən çıxartmayacayıq”