backend

“MÜHARİBƏ EHTİMALI ARTIR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “İndi hazırda vəziyyət iki paralel istiqamətdə inkişaf edir. Bir istiqamət danışıqlar prosesinin özü, ikinci istiqamət hərbi siyasi müstəvidə, cəbhə xəttində gedən  proseslərdir”. 

 “İndi hazırda vəziyyət iki paralel istiqamətdə inkişaf edir. Bir istiqamət danışıqlar prosesinin özü, ikinci istiqamət hərbi siyasi müstəvidə, cəbhə xəttində gedən  proseslərdir”.

Bunu TİA.AZ-a Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın atacağı addımlara münasibətini bildirərkən politoloq İlqar Vəlizadə  deyib.

Onun sözlərinə görə, bu proseslərin bir-biri ilə bağlılığı var:

“Amma bunlar həm də bir-biri ilə toqquşmayan proseslərdir. Əlbəttə, danışıqlar prosesində heç bir irəliləyiş olmasa, hərbi siyasi müstəvidə gedən proseslər daha mürəkkəbləşə bilər. Ona görə də erməni tərəfi bunu çox gözəl başa düşür. Ermənistan rəhbərliyi ara-sıra çıxışlarında bu məsələyə toxunarkən açıq deyir ki, biz müharibəyə hazır olmalıyıq. Çünki bilirlər ki, danışıqlar prosesini ləngidirlər və Azərbaycanın reaksiyası çox güman ki, buna çox ciddi ola bilər. Lakin  burda yenə bir məsələ var ki, Azərbaycan tərəfi müharibə yolu ilə məsələni həll etmək istəmir və danışıqlar prosesində hələ də potensial görür. Lakin Ermənistan tərəfindən bu prosesin ləngiməyi bir tərəfədən cəbhədə provakasiyaların artırılması ilə müşayət olunur. Bu provakasiyalara Azərbaycan göz yuma bilməz. Konkret addımlar  atılır ki, bu provakasiyalar minimum həddə çatsın. Ona görə də müharibə ehtimalı bununla artır”.

İlahə