“Müharibə bitib, məğlubiyyətlə barışmaq lazımdır” – Ter-Petrosyan

“Müharibə bitib, məğlubiyyətlə barışmaq lazımdır” – Ter-Petrosyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli bəyanatını reallıq kimi qəbul etmək və müharibənin bitməsi ilə barışmaq lazımdır, artıq qurbanlar olmayacaq.

TİA.AZ-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkənin sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, razılaşmanın icrası və Qarabağ məsələsinin yekun həlli yaxın gələcəyin işidir və Ermənistan buna ciddi şəkildə hazır olmalıdır:

“İndi çalışmaq lazımdır ki, ölkədə vətəndaş müharibəsinin qarşısı alınsın”.