İran parlamentinin deputatı Kamran Qəzənfəri prezident Məsud Pezeşkianı hədələyən fikirlər səsləndirib.
Tribunainfo.az xəbər verir ki, mühafizəkar qanadın nümayəndəsi olan Qəzənfəri MAQATE müfəttişlərinin İrana gəlməsinə qarşı olduğunu deyib.
O bildirib ki, MAQATE-nin müfəttişlərinin İrana səfəri ölkə qanunlarını pozmaqdır. “Əgər müfəttişlər İrana gələrsə, prezident Məsud Pezeşkiana qarşı cinayət işi açılması üçün addım atacağıq”.
Fərda Uğur