Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin sosial şəbəkədə paylaşdığı son foto gündəmə çevrilib.
Tribuna xəbər verir ki, paylaşımda sənətçinin üzərindəki zinət əşyalarının yüksək qiymətləri diqqət çəkib. Bu barədə məlumatı MagazinBurada yayıb.
Məlumatda bildirilir ki, Ebru Gündeşin taxdığı aksesuarların qiyməti belədir:
“Su yolu” boyunbağı – 150 min dollar
Cüt sıralı boyunbağı – 40 min dollar
Saat – 86 200 avro
Tək qaş üzük – 200 min dollar
Sırğalar – 15 min dollar
Bileziklərdən biri – 28 min dollar
Digər bilezik – 45 min dollar
Gündeşin təkcə bu fotodakı zinət əşyalarının ümumi dəyərinin yarım milyon dollardan çox olduğu bildirilir.
Gülşən Rəsul











