Müğənnilərin qorxduğu nazirlik əməkdaşı Mənzər Nurəliyeva kimdir?

Müğənnilərin qorxduğu nazirlik əməkdaşı Mənzər Nurəliyeva kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Nura Suri Mədəniyyət Nazirliyi ilə bağlı yenidən ağır ittihamlar səsləndirib.

Tribuna  xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında fikirlərini bölüşən ifaçı nazirlik əməkdaşının əməllərini ifşa edib.

“Mədəniyyət Nazirliyində Nərminə adlı xanım mənə köhnə “Mədəniyyət evi” verməyi və onu təmir etdirməyimi dedi. Bu xanım müğənniləri bir-bir bölgələrdə atılmış “Mədəniyyət evləri”nə direktor təyin edirdi. Əlbəttə, dövlət hesabına nazirlik pul siləcəkdi, müğənnilər öz cibindən binanı təmir etdirəcəkdi və “Mədəniyyət evi”nin işçisisən deyə sənin təqdimatın veriləcəkdi, ad alacaqdın. Mənə də “Əməkdar artist” adı almaq üçün belə bir təklif verilmişdi. Əslində o dönəmlərdə ürəyimdən keçdi, amma valideynlərim yeyinti olacağı deyib icazə vermədilər. Mənim dəyişməməyimin səbəbi də ətrafımda məhz belə vicdanlı insanların olmasıdır. Rüşvət verib nəsə etmək həm dövləti, həm də xalqı aldatmaqdır”.