Son zamanlar keçirdiyi plastik əməliyyatlarla gündəmə gələn müğənni Umut Akyürek sosial media hesabında qızından qorxduğu üçün otağa qapandığını bildirib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, bu illər ərzində etdiyi əməliyyatlarla tez-tez adından söz etdirən Türk Klassik Musiqi sənətçisi Umut Akyürek son zamanlar etdiyi estetik müdaxilələrlə gündəmə gəlib.
Məşhur müğənni sosial media hesabında qızının qadağan olunmuş maddələrdən istifadə etdiyini açıqlayıb.
Akyürek qızı Melek Bal Ərtoğrulun psixoloji problemləri olduğunu və böhran keçirdiyini bildirib.
Müğənni “Sənətkar olsam da, gücüm çatmır. Qorxuruq ki, ona nəsə olar. O, bundan əvvəl də iki dəfə atasına bıçaqla hücum edib. Huşunu itirdiyi üçün məni dəfələrlə döyüb”, – deyib.