Məşhur rusiyalı müğənni İqor Nikolayev “Sevginin şərəfinə içək” ifadəsi uğrunda mübarizəyə başlayıb.
Tribunainfo.az xəbər verir ki, musiqiçi ifa etdiyi mahnıdakı bu məşhur ifadədən ondan icazəsiz istifadə edən satıcılardan bir milyon rubldan çox pul (təxminən 1900 manat) tələb edir.
Bildirilir ki, Nikolayev öz ticarət nişanlarını etibar etdiyi şirkətlə birlikdə “Sevginin şərəfinə içək” ifadəsinin işlədilməsi müqabilində bir milyon rubldan çox pul almağa çalışır.
Qeyd edək ki, İqor Nikolayev “Sevginin şərəfinə içək”, “Delfin və su pərisi” ifadələrinin hüquqlarına malikdir. O həmçinin öz fotosunu da patentləşdirib.