Türkiyənin sevilən müğənnilərindən olan Murad Dalkılıç səkkizinci dəfə burun əməliyyatı olduğunu açıqlayıb.
Tribunainfo.az yazır ki, Murad Dalkılıç bildirib ki, ilk dəfə burun əməliyyatını məktəbdə oxuyan zaman keçirib.
“Məktəbdə oxuyandan estetik burun əməliyyatı etdirirəm. Burun sümüklərim çox pis çıxırdı. Həkim əməliyyat zamanı sümüklərlə yanaşı burun qığırdağımı da kəsib. Həyatımın ən çətin günləri də elə ondan sonra başladı. 8 burun əməliyyatı olmuşam. Bundan sonra əsla burun əməliyyatına girmərəm”-deyə, müğənni bildirib.