“Bakı Cihazqayırma Zavodu” “Muğanbank”ı məhkəməyə verib.
Tribunainfo.az yazır ki, zavodun bankla bağlı məhkəmədə iddia qaldırmasına səbəb banka qoyulan əmanətdir. İşin mahiyyəti də bununla bağlıdır – müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr.
Bakı Apellyasiya Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə keçiriləcək proses 24 oktyabr tarixində baş tutacaq.