“MUĞANBANK” CƏRİMƏLƏNDİ – SƏBƏB

“MUĞANBANK” CƏRİMƏLƏNDİ – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Muğanbank” barəsində inzibati xəta haqqında icraat başladılıb.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, bank haqqında başladılan icraatın səbəbi İnzibati Xətalar Məcəlləsinin 347, yəni Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi maddəsinin tələblərini pozmasıdır.

Belə ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“Muğanbank”ın işinə Nərimanov Rayon Məhkəməsində 8 sentyabr tarixində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.