“MUĞANBANK” BAĞLANDI, DİGƏR BANKLAR TƏHLÜKƏDƏ… “PROSES DAVAM EDƏCƏK” – İQTİSADÇI

“MUĞANBANK” BAĞLANDI, DİGƏR BANKLAR TƏHLÜKƏDƏ… “PROSES DAVAM EDƏCƏK” – İQTİSADÇI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin verdiyi müvafiq qərarla bu gün “Muğan Bank” ASC-nin lisenziyası ləğv edilib. Səbəb məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olması, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə bankın daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmaması göstərilir.

Tribunainfo.az yazır ki, mövzunu şərh edən iqtisadçı ekspert Samir Əliyev bildirib ki, oktyabr ayının 1-i tarixinə “Muğanbank” ASC-nin depozit portfelinin həcmi 322.5 milyon manat olub. Mərkəzi bank açıqlamasında bildirib ki, bu müddətə Bank üzrə sığortalanmış əmanətlər 216,7 milyon manat təşkil edir%

“Deməli, hardasa, 106 milyon manatlıq vəsaitin taleyi sual altındadır. Ola bilər ki, əmlakları satıb borcları verəcəklər. Artıq qalsa onu da depozit sahiblərinə qaytaracaqlar. Ancaq bu nəzəri mümkündür, reallıqda isə çətin”.
İqtisadçı bildirib ki, proses davam edəcək:

“Bazar balaca, bank isə çoxdur. Proses gedəcək. Ola bilər ki, zəif getsin, amma gedəcək. Neft gəlirləri azaldıqca bankların çoxluğu daha çox özünü büruzə verəcək”.