Muğamın təbliği istiqamətində növbəti təşəbbüs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənc fəal Nicat Müslümovun rəhbəri olduğu sosial şəbəkələrdə “Muğam dünyası” adlı layihəsi və Azərbaycan Milli Konservatoriyasının Tələbə Gənclər Təşkilatının Nəzarət Təftiş Komissiyasının Sədri Elşən Məmmədovun rəhbərlik etdiyi “Azərbaycan musiqisi vikipediyada” adlı layihəsi birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcək. 

 Bu barədə SİA-ya Azərbaycan Milli Konservatoriyasının tələbəsi və (TGT) NTK-nın Sədri Elşən Məmmədov bildirib. Gənc təşəbbüskarın sözlərinə görə, layihəyə 2017-ci ilin yeni tədris ilində start veriləcək və layihə bütün tələbə gənclər üçün azad və könüllülük prinsipləri əsasında fəaliyyət göstərəcək.

Sosial şəbəkələrdə “Muğam dünyası” layihəsinin rəhbəri Nicat Müslümov isə hər iki layihənin eyni missiya üzərində fəaliyyət göstərəcəyini bildirib. Məqsədin əsas məramı Azərbaycan musiqisinin, o cümlədən muğamının, onun tarix və ənənələrinin dəqiq faktiki məlumatlarla müasir gəncliyə çatdırılmasıdır. “Niyyətimiz Azərbaycanda və Azərbaycandan kənarda ölkəmizi və Muğam sevərləri dəstək üçün bir araya gətirmək, sülhə, əməkdaşlığa, dostluğa xidmət edən bu möhtəşəm Milli Muğamı, Azərbaycanda təbliğ etmək və tövhə vermək, ona mane olmağa çalışanlara qarşı öz iradəmizi ortaya qoymaqdır”-deyə Nicat Müslümov bildirib.

Onu da qeyd edək ki, layihə təkcə Azərbaycan dilində yox, bir neçə dillərdə fəaliyyət göstərəcək.