Muğam sənətinin qorunması ilə bağlı qanun layihəsi müzakirəyə

Muğam sənətinin qorunması ilə bağlı qanun layihəsi müzakirəyə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müzakirəsi bir müddət təxirə düşən “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi Milli Məclisdə (MM) müzakirəyə çıxarılacaq.

TİA.AZ məlumat verir ki, qanun layihəsi MM-in Mədəniyyət komitəsinin yanvarın 29-da keçiriləcək iclasında müzakirə olunacaq.

MM-in Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov isə Oxu.Az-a açıqlamasında bildirib ki, belə bir sənədin müzakirəsi və qəbulu olduqca vacibdir:

“Bu məsələ neçə ildir müzakirə mövzusudur. Belə bir sənədə ehtiyacın olması da hər kəs tərəfindən vurğulanır və o, dəstəklənir. Çünki doğrudan da ona böyük ehtiyac var. Belə bir qanun vacibdir, lazımlıdır. Bu baxımdan inanıram ki, nəhayət, parlamentin yaz sessiyasında bu sənədin əvvəlcə komitəmizdə, sonra isə plenar iclasda müzakirəsi və qəbulu mümkün olacaq”.

Qeyd edək ki, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsinin ilkin variantı 2011-ci ildə hazırlansa da, müzakirəsi müxtəlif səbəblərdən təxirə salınmışdı.