“Müftə ziyalılıq xidməti bura qədər” – Şair Şəhriyar del Gərani

“Müftə ziyalılıq xidməti bura qədər” – Şair Şəhriyar del Gərani

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AzTv-dən zəng etmişdilər, verilişə dəvət edirdilər, qonorar tələb etdim, incidilər. Başa düşmürəm, dövlət büdcəsindən milyonlarla vəsait ayrılan bir televiziya kanalı üçün 500 manat qonorar nədir axı?”.

Tribunainfio.az xəbər verir ki, bu sözləri şair Şəhriyar del Gərani bildirib. O qeyd edib ki, heç kəsin xətrinə dəyməsin, bu təkcə AzTv-yə aid deyil:

“Ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşən heç bir kanal, qəzet, jurnal, sayt məni müsahibəyə qonorarsız dəvət etməsin. Müftə ziyalılıq xidməti bura qədər. Şəxsən mənim bir şair, yazıçı olaraq buna ehtiyacım yoxdur. Əgər doğrudan da məni öz profilinizdə görmək istəyirsinizsə, qonorar ödəməyi gözə alın. Özünə, imzasına hörmət edən bütün qələm dostlarımı da bu tendensiyaya qoşulmağa dəvət edirəm. Qoşulanlar buyursunlar”.
Nigar