Müəmmalı olay: 600 it özünü körpüdən atdı – ARAŞDIRMAbackend

Müəmmalı olay: 600 it özünü körpüdən atdı – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarix boyu sehrli və sirli olduğu düşünülən binaların saysız-hesabsız hekayəsini eşitmişik. Bəziləri bunun pərili bir ev olduğunu, bəziləri sehrli bir körpü olduğunu söylədi. Bəziləri bu hekayələrə inansa da, bəziləri onları fövqəltəbii hesab edirdi. Bəlkə də çox dəlil olmadığı üçün bəzi insanlar bu hekayələrin tamamilə uydurma olduğunu düşünürdülər. Lakin Şotlandiyada yerləşən Overtoun körpüsü müəmmalı hadisələrə inanan hər kəsi dəhşətə gətirib.
Tribunainfo.az Milliyet-ə istinadən maraqlı araşdırmanı təqdim edir.

Bu körpüdə baş verənlər 1895-ci ildən bəri danışılır və baş verənləri izah etmək üçün heç bir məntiqi izahat kifayət etmir.

Hər şey 1895-ci ildə Şotlandiyada Kalvinist Lord Overtoun tərəfindən iki tərəfi birləşdirmək və nəqliyyatı daha rahat etmək üçün inşa edilmiş Overtoun Körpüsü ilə başladı. 19-cu əsrə aid bu möhtəşəm körpü memarlıq xüsusiyyətlərindən çox intihar hadisələri ilə məşhurlaşıb. Körpünün tikintisi başa çatdıqdan sonra körpünün üstündə gəzənlər orada başqa bir hissin olduğunu anladılar. Ancaq heç kim körpüdəki sirli atmosferi həll etməyə çalışmadı. 1950-ci illərə qədər. O illərdə körpüyə gedən itlər bir-birinin ardınca aşağı tullanırdılar. Həmişə eyni nöqtədən tullanan itlərin çoxu ölür, ölməyən itlər isə ölənə qədər eyni nöqtəyə qayıdıb körpüdən tullanırdılar. Eşidənlərə ‘mümkünsüz’ görünən bu hadisə tam olaraq baş verdi və üstəlik, 1950-ci illərdən bu günə qədər 600 it Overtoun körpüsünə gedərək intihar etdi.

1- İncə yer nəzəriyyəsi

İllər ərzində bu körpüdə intihar edən yüzlərlə it ilk dəfə Kelt mifologiyasına aid edilmişdir. Overtoun Kelt mifologiyasında “incə yer” kimi tanınırdı və göylə yerin bir-birinə ən yaxın olduğu nöqtə olaraq görülür. Yerli əhalinin fikrincə, körpüdən çıxan fövqəltəbii və ya xarici qüvvə itlər “qorxuya” və bilərəkdən ölümə itələyə bilər.

2-Depressiv hisslər

Başqa bir nəzəriyyə itlərin sahibləri ilə münasibətlərinə əsaslanırdı. Baytar Həkim Dr. Kendal Şepherdin fikrincə, itlər zaman- zaman psixozdan əziyyət çəkə bilirlər və it sahibi olan hər kəs asanlıqla görə bilər ki, depressiyaya düşəndə ​​yorğun və letargik görünür. İtlər qədim Misirə qədər təsərrüfatlarda və ovda xüsusi iş görmək üçün yetişdirilirdilər. Bu gün işləyən itlərə ehtiyac azalıb, lakin biz hələ də onları yoldaş və tərəfdaş kimi yetişdiririk. Bu, bəzi ekspertlərin öz mənfi emosiyalarımızı ev heyvanlarımıza ötürə biləcəyimizə inanmasına səbəb oldu. Avstriyada keçirilən məşhur təcrübə göstərdi ki, itlər sahiblərinin düşüncələrini və niyyətlərini millərlə uzaqdan hiss edə bilirlər və sahiblərinin istədiklərini şərh etmək üçün sadəcə fiziki işarələrə ehtiyac duymurlar. Dr. Rupert Şeldreyk tərəfindən aparılan araşdırmaya görə, bir it öz sahibinin intihar hisslərini hiss etmiş ola bilər və üstəlik, it körpüdən tullanarkən sahibi başqa yerdə intihar edə bilər.

3- İtlər insanları təqlid edirmi?

Dr. Kendal Şeldreyk, itlərin bəzi insan əlamətlərini gördükləri üçün tullanaraq ölə biləcəyini də irəli sürdü. Körpünün yerləşdiyi yerə yaxın olan Dumbarton iqtisadi problemlərin yaşandığı, sakinlərin çətin həyat şəraitində mübarizə apardığı bölgədir. Rayonda yaşayan insanların intihar nisbətləri də kifayət qədər yüksəkdir. Lakin Overtoun körpüsündən tullanan itlərin sahiblərinin heç biri intihara meyllilik barədə məlumat verməyib və diqqətlə təhlil etdikdən sonra Kendal Ş. belə nəticəyə gəlib: “İnsan intiharı çox vaxt sabahın bu gündən daha yaxşı olmayacağı hissi ilə baş verir. Amma heç bir sübut yoxdur. İtlərin indi və sabah hissi olduğunu söyləmək çətindir”.

Bəs, itlərin ölümünün əsl səbəbi nə ola bilər? Sirri həll etmək üçün son cəhddə it psixoloqu Dr. David Sands körpünü və onu keçmək hissini heyvan nöqteyi-nəzərindən görməyə çalışmaq üçün Dumbartona göndərildi. Onun ilk təcrübəsi yıxıldıqdan sonra sağ qalan yeganə itlə körpünü yenidən keçmək və onun necə reaksiya verəcəyini görmək idi. O, 19 yaşlı Hendrix-i ölümlə nəticələnən təcrübənin baş verdiyi yerə aparanda, körpünün sağ tərəfi ilə qəflətən sonuna doğru uzanana qədər xoşbəxtliklə yeridi. Yaşı çox olduğundan Hendrix tullanmaq gücünə malik deyildi, lakin diqqətini nə isə çəkdi. Dr. Sands da həddən artıq sıxılmışdı. O, itin üç duyğu orqanını yoxlayıb və hisslərinin gücləndiyini müəyyən edib.

SƏBƏB NÜVƏ BAZASIDIR?

İntiharın səbəbinin səs və ya qoxu olub-olmadığını müəyyən etmək üçün Qlazqo akustika şirkətinin mütəxəssisləri və heyvanların yaşayış sahəsi üzrə mütəxəssisi David Sekston əraziyə baş çəkib. Yerli sakinlər Faslane yaxınlığındakı nüvə bazasının yalnız itlərin eşitdiyi səs çıxara biləcəyini düşünürdülər. Yaxınlıqdakı telefon dirəklərinin və ya körpü konstruksiyalarının yalnız heyvanların eşitdiyi səs çıxarması ehtimalı da var idi. Ancaq körpüdəki səs səviyyələrini izlədikdən sonra akustik mütəxəssislər it ölümlərini izah edə biləcək heç bir cavab tapa bilmədilər. Digər tərəfdən, körpünün altındakı kolluqlara yem qoyan Sekston tezliklə orada siçan və minklərin yaşadığını aşkar etdi və körpüdə dələ yuvalarına dair dəlillər tapıldı. İtləri hansı qoxunun cəlb edəcəyini müəyyən etmək üçün o, hər üç növə aid qoxuları bir tarlaya səpələdi və hansının diqqətini daha çox çəkdiyini görmək üçün ölmüş növlərdən 10 iti körpünün üzərinə buraxdı. Onların tapıntıları təəccüblü idi. Test edilən 10 itdən yalnız 2-si qoxuların heç birinə maraq göstərməsə də, əksəriyyət birbaşa minkə getdi.

Minkin güclü anal vəziləri getdikləri hər yerdə izlər buraxır və yaydıqları kəskin küf qoxusu itlər üçün qarşısıalınmaz olur. Bu, mink qoxusunun nəmli hava ilə seyreltilmədiyi günəşli, quru günlərdə ölümlərin niyə baş verdiyini də izah edə bilər.

Üstəlik, bu nəzəriyyə it ölümlərinin zaman qrafikinə uyğun gəlir. Bununla belə, bəzi suallar hələ də cavabsız qalıb. Məsələn, niyə bütün ölümlər sağdakı son iki məhəccər ətrafında cəmlənir ? Təəssüf ki, bu və buna bənzər suallar cavabsız qalır. Overtoun körpüsündə it intiharları bu gün də davam edir.

Dəniz Pənahova