Müəllimlərin işə qəbulunda yenilik – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

25 iyul-5 avqustda keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində 40 minə yaxın namizəd iştirak edib. 

25 iyul-5 avqustda keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində 40 minə yaxın namizəd iştirak edib.

Təhsil Nazirliyindən TİA.AZa verilən məlumata görə, müsabiqənin növbəti vakansiya seçimləri mərhələsinə gələn həftə start veriləcək. Bu mərhələdə namizədlər şəxsi səhifələrinə daxil olaraq, topladıqları bala uyğun vakant yerləri seçəcəklər. Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan daha bir yeniliyə əsasən, vakansiya seçimi mərhələsində bu il imtahanda iştirak edənlərlə yanaşı ötən il keçid balını toplayanlar da iştirak edə bilərlər. Həmin namizədlər cari ildə keçirilən müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq. Bu, Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən həyata keçirilir.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.