2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətin sertifikatlaşdırma proqramında iştirakının təmin edilməsinə və 68 min nəfər heyətin də diferensial əməkhaqqı sisteminə cəlb olunmasına təşəbbüs göstəriləcək.
Tribunainfo.az-ın məlumatına görə, bu barədə 2024-cü ilin Dövlət büdcəsinin zərfində qeyd edilib.
2024-cü ilin dövlət büdcəsinin layihəsində 93,6 milyon manat (müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat) vəsait proqnozlaşdırılıb.