Müəllimləri günahlandıran məmura dosentdən SƏRT CAVAB

Müəllimləri günahlandıran məmura dosentdən SƏRT CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir Təhsil və Dəyərlər Assosiasiyasının (MÜTDA) direktor müavini Vəfa Yaqublu şagirdlərin uğursuzluğu ilə bağlı maraqlı açıqlama verib. O bildirib ki, uğursuzluğun bir çox səbəbləri var və onların hamısı müəllimin təsir dairəsində olmur.

Sitat: “Problemli vəziyyətlərdə insanlar adətən iki mövqedən birini tutur: ya “qurban”, ya da “məsuliyyətli insan” mövqeyi. “Qurban” mövqeyində duran müəllim uğursuzluğun səbəblərini sadalayır və kənara çəkilir. “Məsuliyyətli insan” mövqeyində duran müəllim isə özünə sual verir: “Bəs bu vəziyyətdə mən nə edə bilərəm?”.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərə münasibət bildirən dosent İlham Əhmədov qeyd edib ki, məsuliyyət yalnız müəllimlərin üzərinə yüklənməməlidir.

Onların fikrincə, “məsuliyyətli insan” mövqeyində duran təhsil məmurları da özlərinə sual verməlidir:

“Bu tərsinə qurduğumuz təhsil sistemini necə islah edək, onu daha keyfiyyətli, səmərəli və əlçatan edək? Bunun üçün mən nə edə bilərəm?”

Tənqidçilər vurğulayırlar ki, təəssüf ki, belə məmurları görmək mümkün deyil: “Əli çıraqlı axtarsaq da məsuliyyətli təhsil məmurlarına rast gəlmirik. Əksinə, onların məsuliyyətsiz bəyanatları, davamlı səhvləri və uğursuz islahatları təhsilin bütün sahələrində özünü göstərir”.

İ. Əhmədov bütün təhsil sisteminin – şagird, müəllim, məktəb, cəmiyyət və repetitorlara sərf olunan milyonlarla manatın “qurban”ına çevrildiyi vurğulayıb:

“Pis müəllim və pis şagird yoxdur, pis təhsil sistemi var. Bizim reallıq isə məsuliyyətsiz, qeyri-peşəkar və tərsinə qurulmuş təhsil sistemidir”.

Gülşən Rəsu