“Müəllimlər günü” ilə bağlı endirim fotosu sərt tənqid olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın məşhur kitab mağazaları şəbəkəsi olan “Əli və Nino” 5 oktyabr müəllimlər günü münasibətilə keçirdiyi kampaniya müzakirələrə səbəb olub.
 
 “Əli və Nino” kitab şəbəkəsinin Müəllimlər günü ilə əlaqədar paylaşdığı reklam posteri sosial şəbəkədə tənqid olunub. Kulis.azın məlumatına görə buna səbəb posterdə təsvir olunan müəllim obrazının açıq-saçıq görkəmdə olmasıdır.

 

Belə ki, posterdə təsvir olunan müəllim, geyimi və davranışı ilə müəllimdən çox pornoaktrisaya bənzəyir. İstifadəçilər bu reklamın elmə, biliyə çağırışdan çox əxlaqsızlığa səsləməsi fikrini irəli sürüblər.

 

Həmin posteri təqdim edirik.