Türkiyədə müəllim şagirdini tualetdə döyüb.
Türkiyədə müəllim şagirdini tualetdə döyüb.
TİA.AZ “Hürriyet”ə istinadla bildirir ki, Batmanda müəllim 8-ci sinif şagirdini tualetdə döyüb.
İddialara görə, uşaqlar sinifdə səs salıblar. Onları sakitləşdirə bilməyən müəllim uşaqları videoya çəkib. Müəllim uşaqları videonu internetdə yaymaqla təhdid edib. Uşaqlar buna etiraz ediblər. Bu anda o, 10 nəfəri döyüb. Sonra müəllim M.E.D.-i ayaqyoluya aparıb və orada döyüb. O, M.E.D.-in başını divara çırpıb.
Məsələ ilə bağlı araşdırma aparılır. Araşdırma bitənə kimi müəllim işindən kənarlaşdırılıb.