Müəlliflər Müəllif Hüquqları Agentliyinə pul ödəniləcək – YENİ QƏRAR

Müəlliflər Müəllif Hüquqları Agentliyinə pul ödəniləcək – YENİ QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti “Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar tərəfindən Müəllif Hüquqları Agentliyinə ödəniləcək illik haqqın məbləği barədə” qərar verib.

TİA.AZ-ın məlumatına görə, qərara əsasən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hesabat ili ərzində müəlliflər və əlaqəli hüquq sahibləri üçün yığdıqları qonorarın 5 faizi həcmində Müəllif Hüquqları Agentliyinə illik haqq ödəyəcəklər.

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara illik haqqın hər növbəti ilin aprel ayının 1-dək Müəllif Hüquqları Agentliyinin hesabına köçürülməsini təmin etmək tapşırılıb.