Müəllif qonorarlarının verilməsinə dair yeni qaydalar müəyyənləşib

Müəllif qonorarlarının verilməsinə dair yeni qaydalar müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları” yeni redaksiyada təsdiqlənib.
Tribunainfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

 

Bu Qaydalar dövlət sifarişi ilə istehsal edilən filmlərin müəlliflərinə ödənilən müəllif qonorarlarının və haqlarının minimum miqdarı və verilməsi qaydalarını müəyyən edir.

Dövlət sifarişi milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və təbliğində, milli kimliyin və vətənpərvərlik ruhunun formalaşmasında əhəmiyyətli rol oynayan, milli kimliyi bədii təsirli forma və obrazlarla nümayiş etdirən, istehsalı dövlət büdcəsindən maliyyələşdirilən filmin yaradılması ilə bağlı münasibətlər, filmin istehsal prosesi – hazırlıq, çəkiliş və filmin işlənilməsi (montaj, tonlaşdırma, səsləndirmə, dublyaj və s.) mərhələlərini özündə ehtiva edən filmin istehsal dövrü, müəllif qonorarı filmin hər bir müəllifinin və ya filmə müəlliflik hüququnun digər şərikli sahiblərinin müəllif müqaviləsinə və ya digər müqaviləyə əsasən filmdən istifadə hüquqlarının verilməsinə görə aldıqları və istifadənin bütün növlərini əhatə edən haqdır.

Filmlərin ədəbi ssenariləri üçün müəlliflik hüquqlarına görə ödənilən müəllif qonorarının minimum məbləği filmin növündən və ssenarinin orijinallığından asılı olaraq aşağıdakı kimi müəyyən edilir:

 

(min manatla)
Filmin növü Orijinal ədəbi ssenari Dərc olunmuş əsərin motivləri əsasında yazılan ssenari
Tammetrajlı bədii film 10,0 4,8

 

Qısametrajlı bədii film və ya

çoxseriyalı filmlərdə hər bir seriya üçün

 

1,2

 

0,6

Tammetrajlı cizgi filmi 4,0 2,0
Tammetrajlı sənədli film 4,0 3,0
Qısametrajlı sənədli film və ya çoxseriyalı filmlərdə hər bir seriya üçün  

1,2

 

1,0

Qısametrajlı cizgi filmi və ya çoxseriyalı filmlərdə hər bir seriya üçün  

1,2

 

1,0

 

Filmlərin orijinal musiqisinə görə filmlərə musiqi bəstələyən bəstəkarlara ödənilən müəllif qonorarının minimum məbləği filmin növündən və həcmindən asılı olaraq aşağıdakı kimi müəyyən edilir:

 

(min manatla)
Filmin növü Orijinal musiqi
Tammetrajlı bədii film 4,8
Tammetrajlı sənədli film və ya tammetrajlı cizgi filmi 2,0
Qısametrajlı bədii film və ya cizgi filmi, çoxseriyalı filmlərdə hər bir seriya üçün 0,6
Qısametrajlı sənədli film və ya çoxseriyalı filmlərdə hər bir seriya üçün 0,4

 

Filmin digər müəlliflərinə ödənilən müəllif qonorarının minimum məbləği filmin növündən və həcmindən asılı olaraq aşağıdakı kimi müəyyən edilir:

 

(min manatla)

Filmin digər müəllifləri Bədii film Sənədli və ya cizgi film
  tammet- rajlı qısametrajlı (hər bir seriya üçün) tammetrajlı (beş və daha çox seriya üçün) qısametrajlı (hər bir seriya üçün)
Quruluşçu rejissor 9,0 1,4 4,0 1,0
Quruluşçu operator 7,0 1,0 3,0 0,8
Quruluşçu rəssam 4,0 0,6 2,6 0,5