“Birmənalı surətdə bildiririk ki, bu məsələdə “Mossad” adlı qurumun heç bir fəaliyyəti olmayıb”.
“Birmənalı surətdə bildiririk ki, bu məsələdə “Mossad” adlı qurumun heç bir fəaliyyəti olmayıb”.
TİA.AZ xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən ermənilərə işləyən qrupun guya “Mossad” təşkilatının köməkliyi ilə aşkar edilməsi barədə bəzi KİV-də gedən məlumata münasibət bildirilərkən qeyd edilib.
“Düşmənlə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslərin aşkar edilməsi və ifşa olunması Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən edilib. Toplanılan materiallar müvafiq qaydada Respublika Baş Prokurorluğuna təqdim olunub”, – deyə mətbuat xidmətindən bildirilib.