Müdafiə Nazirliyi zabit və gizir axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunacaq “Ehtiyat zabit hazırlığı kursu”na və “Gizir (miçman) hazırlığı kursu”na namizədlərin qəbulu elan edilir. 

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunacaq “Ehtiyat zabit hazırlığı kursu”na və “Gizir (miçman) hazırlığı kursu”na namizədlərin qəbulu elan edilir.

Bu barədə TİA.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

“Ehtiyat zabit hazırlığı kursu”na qəbul şərtləri:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində təşkil olunan “Ehtiyat zabit hazırlığı kursu”na müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək ali təhsilli vətəndaşlar qəbul olunurlar.

“Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq istəyən namizədlər 20 iyun 2017-ci il tarixdən 10 iyul 2017-ci il tarixədək ərizə ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

– ərizə (qəbul komissiyasının sədrinə);

– şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə;

– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

– ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq edilmiş surəti;

– xarici dövlətlərdə təhsil almış namizədlər, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti ilə birlikdə, həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;

– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri;

– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);

– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda);

– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;

– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4.5×6 sm ölçüdə);

– məhkumluğunun olub-olmaması barədə “ASAN xidmət” Mərkəzləri tərəfindən verilmiş arayış;

– tibbi müayinə kartı (kitabçası).

Qəbul olunmaq üçün müraciət etmiş namizədlər test üsulu ilə ümumi fənlərdən və fiziki hazırlıqdan keçirilən imtahanlara cəlb edilirlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi)

Telefon: (012) 538-85-62

“Gizir (miçman) hazırlığı kursu”na qəbul şərtləri:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində təşkil olunan “Gizir (miçman) hazırlığı kursu”na müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar qəbul olunurlar.

“Gizir (miçman) hazırlığı kursu”na qəbul olunacaq namizədlərlə kursu bitirdikdən sonra 5 il müddətinə könüllü qaydada gizirlərin (miçmanların) həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma imzalanır.

“Gizir (miçman) hazırlığı kursu”na qəbul olunmaq istəyən namizədlər 1 iyul 2017-ci il tarixdən 12 iyul 2017-ci il tarixədək ərizə ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

– ərizə (qəbul komissiyasının sədrinə);

– şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə;

– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

– təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti;

– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri;

– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);

– uşaqlarının doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda);