Sentyabrın 13-ü saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri intensiv atəşə tutulub.
Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb.