Müasir Psixalogiya Mərkəzində işçilər arasında dava

Müasir Psixalogiya Mərkəzində işçilər arasında dava

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Müasir Psixalogiya Mərkəzində işçilər arasında dava olub.
Qaynarinfo-nun məlumatına görə, dava Müasir Psixalogiya Mərkəzinin Vüsal Həsənov adlı işçisi ilə F.G. adlı əməkdaşı arasında baş verib.
Belə ki, 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş idman müəllimi işləyən F.G. adlı qadın mərkəzin Azər adlı rəhbərindən icazə istəyib. Azər ondan uşaqları və valideynləri yola verməsini tələb edib. 2-ci dəfə mərkəz rəhbərinin otağına daxil olan F.G. ona 13 ildir orada işlədiyini, heç vaxt icazə almadığını xatırladıb.
Bu zaman F.G. ilə Azər arasında anlaşılmazlıq olub. Həmin vaxt Vüsal Həsənov adlı işçi F.G.-ya onlara maneə olduğunu və Azərin otağını tərk etməsini tələb edib. Vüsal F.G.-ya “sən bizə mane olursan” deyib, “mən siznən danışmıram” cavabını alıb. Vüsal isə kobud şəkildə ona “çıx çölə” deyib.
F.G. Vüsalın onunla əvvəllər də iclaslarda kobud davrandığını bildirib. Təqsirləndirilən qadın iddia edib ki, Vüsal onu küçə soyüşləri ilə təhqir edib və o da eyni şəkildə cavab qaytarıb. Tərəflər bir-birlərindən polisə şikayət ediblər.
F.G. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə mərkəzin müəllimi 50 manat cərimə edilib.