“Hələ də müalicə alıram. Qolumu gipsə qoymayıblar, sarğıdadır. Hər gün həkimə gedib-gəlirəm. İynələrimin hamısı damar iynələridir. Sol tərəfim işləmir, buna görə yıxıldım. İşləməyən qolum qırılıb”.
Tribunainfo.az xəbər verir ki,bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib.
O, sənət dostlarının onu arayıb-axtarmamalarından gileylənib: “Kiməm ki, məni axtarsınlar. Neynirlər məni axtarıb? Axtardıqlarını axtarırlar. Elə-belə yoldan ötən bir adamam…”