backend

MTRŞ-dan əhaliyə çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda telekanalların rəqəmli yayıma keçidi ilə bağlı zəruri olan dekoderləri alarkən qurğunun HD formatını dəstəkləməsinə diqqət yetirilməlidir”. “Azərbaycanda telekanalların rəqəmli yayıma keçidi ilə bağlı zəruri olan dekoderləri alarkən qurğunun HD formatını dəstəkləməsinə diqqət yetirilməlidir”.

Bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri, professor İsa Məmmədov deyib.
Onun sözlərinə görə, əhali dekoderləri 25-30 manata əldə edə bilər: “Qurğunun HD formatını dəstəkləməsinə diqqət yetirilməlidir. 

Çünki bir sıra kanallarda HD formatında verilişlər yayımlanır. İstifadəçilər özləri də aparatı qoşa bilərlər. Rəqəmsal yayımın üç – stasionar, daşınan və və mobil formaları var. Bunların hər üçündən istifadə etmək olar”.
İ.Məmmədov bildirib ki, bölgələrdə 135 rəqəmsal televiziya ötürücüsü (99 faiz) quraşdırılıb: “Dərələrdə və ucqar ərazilərdə yerləşən bəzi kəndlərdə rəqəmsal yayımı təmin etmək üçün 45 kiçik radioverici sifariş olunub. Həmin radiovericilər quraşdırıldıqdan sonra yayımın alınmasında problem qalmayacaq. Bakı və Abşeron yarımadasında isə 19 rəqəmsal televiziya ötürücüsü quraşdırılıb. Analoq yayım üçün isə 300-dən çox ötürücüdən istifadə olunurdu”.
Qeyd edək ki, bu gündən Bakı və Abşeron yarımadasında analoq yayım dayandırılıb. Bölgələrdə isə proses dekabrın 1-dən həyata keçiriləcək.