backend

“MTN işi”ndən Zahir Vəliyev necə salamat çıxdı ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda davam etdirilən “MTN işi” məhkəməsində yeni detallar və isimlər ortaya çıxmaqda davam edir. Hazırda davam etdirilən “MTN işi” məhkəməsində yeni detallar və isimlər ortaya çıxmaqda davam edir.
 
Hadisələrin gedişatı onu göstərir ki, baş vermiş cinayətin mühüm hissəsi rabitə nazirliyinin həbsdə olan işçilərinin üzərində fokuslanmaqdadır.
 
Qeyd edək ki, «MTN işi» ilə əlaqədar olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) bir neçə yüksək rütbəli şəxsi həbs olunub. Noyabrın 19-da keçirilən məhkəmə prosesində isə Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və onunla birlikdə həbs edilən 10 nəfərin cinayət işi üzrə “yeyinti əməliyyatı”nın təfərrüatları ortaya çıxıb.
 
Yeni təfərrüatlardan məlum olur ki, ittiham olunan şəxslər milyonlarla vəsaiti mənimsəməkdə özəl müəssisəldən istifadə ediblər. Bu şirkətlərin arasında diqqət çəkənlər əsasən “Qafqaz-S İnşaat” MMC və “P.L.Z” MMC-dir. İstintaqa ifadə verən şəxslərin sözlərinə görə “Qafqaz-S İnşaat” MMC sabiq nazir Əli Abbasovun qaynı Elçin İbrahimova məxsus olub.”P.L.Z” MMC isə Vidadi Zeynalova məxsus olub və şəxsən özü tərəfindən nəzarətdə saxlanılıb.

Bunu istintaqa şahid qismində ifadə verən “Azərpoçt” MMC-nin baş mühasibi Abdulla Qeybullayev də təsdiqləyib.
 
A.Qeybullayev 1994-cü ildən 2011-ci ilə kimi “Azərpoçt” MMC-nin əməkdaşı olub, sonuncu vəzifəsi MMC-nin baş direktorunun müşaviri olub.

O, istintaqa deyib ki, “Azərpoçt” MMC-də işlədiyi üçün Vidadi Zeynalov onu tanıyıb və 2013-cü ilin yanvar ayında özünə məxsus “P.L.Z.” MMC-nin mühasibatlıq işlərini aparmasını ona təklif edib.

Əsas işi isə MMC-nin maliyyə vəziyyəti barədə mütəmadi olaraq V. Zeynalova məlumat vermək olub. Ay ərzində cəmi 3 və ya 5 gün ərzində “P.L.Z.” MMC-yə gəlib mühasibatlıq işlərini həyata keçirib, vergi və sair ödənişlərin aparılmasını təmin edib. Aylıq hesabatları isə mütəmadi olaraq Vidadi Zeynalova şəxsən təqdim edib.

Şahid deyib ki, MMC-nin faktiki sahibi Vidadi Zeynalov olduğu üçün mühasibatlığa da V.Zeynalovun özü nəzarət edib. MMC-nin təsisçisi Vidadi Zeynalovun sürücüsü Elçin Əliyev olsa da bu formal xarakter daşıyıb.

A.Qeybullayev deyib ki, işlədiyi dövrdə təmir-tikinti işləri ilə əlaqədar keçirilmiş tender və kotirovka sorğuları zamanı qalib elan edilmiş “P.L.Z” MMC, “Qafqaz-S İnşaat” MMC, “Fərid R” MMC, “Real-Tikinti Quraşdırma” MMC və “Violin Travel” MMC-dən köçürülmüş vəsaitə görə hər hansı məbləğdə pul alınmayıb.
 
Qeyd edək ki, məhkəmədə ifadə verən şahidlərin və ittiham olunanların ifadələrindən də açıq-aydın görünür ki, prosesdən kənarda qalmağı bacaran şəxslər var.
 
İnternet üzərində apardığımız araşdırmalar zamanı məlum oldu ki, bu cinayət işindən yaxa qurtarmağı bacaran şəxslərdən biri də “Aztelekom” İstehsalat Birliyinin texniki direktoru Zahir Vəliyevdir.
 
Məlum olduğu kimi “Aztelekom” İstehsalat Birliyinin (İB) sabiq baş direktoru Məhəmməd Məmmədov və onun baş mühasibi Oqtay Rüstəmov həbs edilib. Onlar Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Yeni nazirin təyinatından sonra çoxları «Aztelekom»da islahat və həbs dalğasının davamının olacağını gözləsə də, bu baş vermədi. Məhəmməd Məmmədova yaxın olan şəxslər bu gün də MMC-dəki fəaliyyətlərini davam etdirirlər. Həmin şəxslərdən biri də MMC-də baş direktorun müavini, texniki direktor vəzifəsini tutan Zahir Vəliyevdir.
 
Bir müddət əvvəl Zahir Vəliyevin mediada onun haqqında olduqca maraqlı iddialar yayılıb. Həmin məlumatlara görə, sözügedən şəxs Məhəmməd Məmmədovun «sağ əli» olmaqla yanaşı, həm də «Aztelekom»un «qara kassası» kimi də tanınırmış. Vəliyev həmçinin rəhbərlik dəyişsə də, əvvəlcədən yaratdığı şirkətlər vasitəsi ilə dövlət pullarını mənimsəməkdə ittiham olunur: ««DataPlus» və «CNC Qlobal» bu qəbildən olan şirkətlərdəndir və ora Zahir Vəliyev oğlu Tariyel Vəliyevi payçı edib. İddia edilir ki, Tariyel Vəliyev atasının hesabına 200 minlik «Galenvagen» markalı maşın sürür. Tariyel Vəliyev ov həvəskarıdır və bu səbəbdən də dövlət büdcəsinin pulu hesabına başqa bir maşına da sahib olub. Onun başı əyləncələrdən ayrılmır. Atasının hesabına kef məclisləri qurur. «Telekom» MMC tərəfindən milyonlarla dəyəri olan FO kabel və DSLAM avadanlığını dövlətin balansında olsa da, satıblar. Quba zonasında «Aztelekom»un başında duran sözügedən şəxsi hamı «Qubalı Dollar Zahir» kimi tanıyır. Bu adam Quba zonasında nə qədər savadlı, savadsız qohumları varsa, hamısına rabitə sistemində iş verdirib. Bu azmış kimi, bölgə üzrə yerli şöbələrin rəhbərlərindən də evinin bazarlığını etməsini tələb edir. Qubada 4 mərtəbəli villası var».
 
Mətbuatda Zahir Vəliyevin çoxlu sayda maxinasiyaları barədə məlumatlar verilməsinə baxmayaraq onun fəaliyyətini yoxlayan olmadı. Maraqlı məqamlardan biri isə vaxtı ilə Zahir Vəliyevin patronu olan M.Məmmədovun Cinayət Məcvəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə ittiham olunsada müavini haqda heç bir tədbir görülməyib.
 
Əldə etdiyimiz məlumata görə isə Zahir Vəliyev haqqında yaxın günlərdə cinayət işi açıla bilər. Məlumata görə texniki direktor olaraq Zahir Vəliyevin adı daha ciddi məsələlərdə qırmızı xəttlə keçir.
 
Bir müddət öncə AzToday.az-a “Aztelekom” İB-dən etibarlı mənbənin verdiyi məlumata görə, əslində baş verən maliyyə maxinasiyalarında Məmməd Məmmədovla bərabər Zahir Vəliyevində əli olub. Əgər bu belə olmasaydı Zahir Vəliyevin milyonlarla dollarlıq biznesi, obyektləri, vilaları, xarici avtomobilləri olmazdı. Mənbəmiz iddia edir ki, əslində “MTN işinə” görə həbs edilən və dövlət vəsaitlərini şəxsi malı kimi çapıb talayan Məmməd Məmmədov dəmir barmaqlılar arasından qurtulmağının çətin olacağını başa düşdüyü üçün Zahir Vəliyevi xilas edib. Belə ki, maliyyə maxinasiyalarında təqsirləndirilən “Aztelekom” direkoru və baş mühasibi mənimsənilən milyonlarla manat vəsaitləri öz boyunlarına çəkməklə digər şəriklərini xilas ediblər. İnformasiya mənbəmizin verdiyi digər ilginc məlumatda isə qeyd edilir ki, keçmiş direktor müavinin xilas etdiyinə görə ondan külli miqdarda hesab alıb.Yəni adında olan əmlakların əlindən çıxacağını görən M.Məmmədov həbsdədə müəyyən “bazarlğa” gedib. İlkin ehtimallara görə istintaqla yüksək səviyyədə əməkdaşlıq edən Zahir Vəliyev özünü tam sığortalmaq üçün M.Məmmədovun bu təklifini qəbul edib. Mənbəmiz bildirir ki, Zahir Vəliyev keçmiş direktoru ilə anlaşdıqdan sonra hakimiyyətin yuxarı dairələrində öz mövqelərini möhkəmləndirmək üçün himayədar axtarışına çıxıb. Və qısa zamandan sonra onun bu istəyi öz nəticəsini verib. İddiaya görə Zahir Vəliyev hakimiyyət daxilində qruplaşmalardan birinin himayəsinə keçib. Onu bu qruplaşmanın çətiri altına alınmasında isə Meliorasiya və Su Təsərüfatı ASC sədri Əhməd Əhmədzadənin böyük rolu olduğu deyilir. Bildirək ki, “Aztelekom” İB yeni direktorunun rayon və şəhər Telefon Qovşaq İdarələrində etdiyi dəyişikliklərdə diqqət etdikdə maraqlı məqamlar ortaya çıxır. Yeni vəzifəyə təyin edilənlərin əksəriyyəti məhz vaxtı ilə Zahir Vəliyevə yaxınlığı ilə tanınan şəxslərdir. Görünür direktor müavini qurumda dayaqlarını möhkəmləndirməklə bərabər həmdə rayon rayon şöbələrini nəzarətinə keçirtmək istəyindədir.
 
Mövzunu diqqətdə saxlayacağıq.
 
Qarşı tərəf də münasibət sərgiləyə bilər.