backend

MTN Elçin Behbudova niyə hər ay 2 min verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindən (MTN) hər ay aldığı pul mükafatının miqdarı bəlli olub. 

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindən (MTN) hər ay aldığı pul mükafatının miqdarı bəlli olub.

Teleqraf.com xəbər verir ki, bu barədə MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində qeyd olunub.

MTN-də mühasibatlıqdan 1-ci idarənin rəis müavini Azər Məcidov ibtidai istintaqa ifadəsində göstərib ki, əlaqə saxladığı etibarlı şəxslər – “BET”-ə və “TT”-yə, Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin əlaqə saxladığı “İƏ”-yə raportlarda göstərilən məbləğlərdə vəsait ödənilib.

Etibarlı şəxs “BET” – Behbudov Elçin Tofıq oğlu ilə 26 oktyabr 2013-cü ildə Azər Məcidov tərəfındən etibarlı münasibətlər yaradılıb. Ona 25 noyabr 2013-cü il tarixli 6/1/6543 saylı raportla hər ay 2000 manat mükafatı təyin olunub.

31 may 2014-cü ildə onun Strasburqa səfər xərclərinə 2500 manat ödənilib. “BET”in təqdim etdiyi məlumatlar ümumi xarakterli olub.

Əlavə olaraq vurğulanıb ki, “BET” 2015-ci ildən FOEZ kimi Hərbi Əks Kəşfıyyat Baş İdarəsində hərbi xidmətdə olub.

Məlumat üçün bildirək ki, MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 2015-ci ilin noyabrın 14-də vəfat edib.