Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə növbəti iclas keçirilib.
Günorta fasiləsində A.Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov onunla görüşüblər. Bundan sonra onlar jurnalistlərə açıqlama verməkdən imtina ediblər. Günün ikinci yarısıda davam etdirilən iclas başa çatdıqdan sonra isə MTN-çilərin vəkilləri maşınlarına oturaraq məhkəmə binasından uzaqlaşıblar.
Bundan öncəki iclaslarda mediaya daim açıqlama verərək məhkəmə gedişi haqda məlumat verən və öz mövqelərini açıqlayan vəkillər artıq susmaq qərarına gəliblər.
Qeyd edək ki, məhkəmə prosesi açıq keçirilsə də, jurnalistlər qanunsuz olaraq məhkəmə binasına buraxılmır.