Azərbaycan Memarlıq və İnşaat Akademiyasının baş müəllimi olan sahibkar “ESKE” MTK-nın sahibi Elxan Dadaşov sözügedən binada yaşayan sakinlərdən qanunsuz olaraq rüşvət tələb edir, vətəndaşlara süni əngəllər yaradır.
Tribunainfo.az xəbər verir ki, bu barədə vətəndaş Elman Abdullayev Azad İstehlahkçılar İctimai Birliyinə etdiyi müraciətdə yazıb. Şikayətinin işıqlandırılmasını istəyən vətəndaş qeyd edib ki, pül ödəyib aldğı mənzildə iş apara bilmir, tikinti şirkəti bunun üçün ondan əlavə pul tələb edir:
“2014 – cü il tarixində Xırdalan şəhəri H.Əliyev pr.34 ünvanında “ESKA” MMC–nin inşa etdiyi binadan XI mərtəbə ümumi sahəsi 90 kv.m olan 129 saylı mənzili MMC–nin direktoru Ələmdar Polad oğlu Hüseynova 49500 (qırx doqquz min beş yüz) manat nağd şəkildə əlbə-əl ödəməklə almışam. Ödənilən məbləğ müqabilində mənə rəsmi kassa çeki və maliyyə sənədi verilməyib. Pulu ödəyəndən sonra mənimlə müqavilə bağlananda binanın nə vaxt təhvil verilməsi barədə maddə yoxdur, ancaq mənə şifahi formada bildirildi ki, binanın 1 il müddətində tikib təhvil verəcəyik. Bina həmin müddətdə təhvil verilmədi. 28 dekabr 2022–ci ildə mənzilə çıxarış almaq üçün MTK–nin sədri Roza Səfərovaya müraciət etdim (MMC hazırda MTK–ilə əvəzlənib). Roza Səfərova mənzilə çıxarış almaq istəyəndə məndən 720 (yeddi yüz iyirmi) manat sayğacların pulunu (qaz, su, işıq) və 2018–ci ildə isə kommunal haqqı istədi və dedi ki, bu ödənişlər üçün də qəbzlər vermirik. Mən ona xatırlatdım ki, fiziki şəxslər kommunal sayğacların pulsuz olması barədə ölkə Prezidenti Cənab İlham Əliyevin sərəncamı vardır. O bunun müqabilində mənə dedi ki, bu vəsaiti ödəməsən heç bir sənəd verməyəcəyik, get hara şikayət edirsən elə”.
Əlavə olaraq bildirirəm ki, Azərbaycan Respublikası Qaz Təchizatı haqqında NK–nin 12 may 2011–ci il 80 saylı qərarə (maddə 13, bənd 9), “Sudan istifadə qaydaları”–nın təstiq edilməsi haqqında 17 iyul 2014–cü il Şikayətçi bildirib ki, bu ödənişi etməyən bütün sakinləri Elxan Dadşovun göstərişi ilə incidirlər:
“Mənim “ESKA” MTK–ilə sayğac quraşdırılması, kommunal haqqı ödəməyim barədə müqaviləm yoxdur və heç bir öhdəliyim yoxdur. Bütün sayğaclar MTK–nın hesabına quraşdırılmalıdır. “ESKA” MTK 216 mənzildən ibrarətdir, onların 110 mənzilin sahiblərindən 720 manatdan qanunsuz olaraq 720 manat vəsait yığılıb. Verməyənləri MTK–nın patronu Roza Səfərovanın birbaşa əmr verəni Elxan Dadaşovun göstərişi ilə incidirlər. 2 aya yaxındır ki, yollarda zülm çəkirik. 02 fevral 2023–cü ildə Roza Səfərova mənə zəng edərək hədə-qorxu gəlir ki, səndən şikayət edəcəm. Elxan Dadaşov Roza Səfərova vasitəsilə insanların konstitutsiya hüquqlarını pozur, Cənab Prezidentin vətəndaşları rifahı üçün imzaladığı sərəncamları ayaq altına atır. Aldığım məlumatlara görə, “ESKE” MTK-nın sahibi Elxan Dadaşov Azərbaycan Memarliq və İnşaat Akademiyasında baş müəllim işləyir və qanunsuz olaraq sahibkarlıqla məşğul olur.