Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkənin prezident seçkilərinin nəticələrinə dair protokolların hamısını hesablayıb.
TİA.AZ Ukraynanın Mərkəzi Seçki Komissiyasının saytına istinadən xəbər verir ki, MSK-nın nəticələrinə əsasən, aktyor və şoumen Vladimir Zelenski liderliyini qorumaqda davam edir. O, seçkilərdə 30,24% səs toplayıb.
Rəsmi nəticələrə görə, ölkənin hazırkı prezidenti Pyotr Poroşenko 15,95% seçici səsi yığıb.
Digər namizəd – “Batkivşina” Partiyanın lideri Yuliya Timoşenko isə seçkilərdə 13,40% səslə 3-cü olub. Namizəd Yuri Boykoya seçicilərin 11,67%-i səs verib.
Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.