Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov siyasi partiyalara müraciət edib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov siyasi partiyalara müraciət edib.
TİA.AZ -ın məlumatına görə, M.Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, siyasi partiyaların illik maliyyə hesabatının təqdim edilməsi müddəti aprelin 1-də başa çatır: “Ona görə siyasi partiyalara müraciət edirəm ki, illik maliyyə hesabatlarını təqdim etsinlər. Bu məsələlərlə beynəlxalq qurumlar da maraqlanırlar”.
M.Pənahov bildirib ki, hesabatı müəyyən vaxtda təqdim etməyən siyasi partiyalarla bağlı qanunvericilyə uyğun qaydada tədbirlər görüləcək.