backend

MÖVLUDUN XATİRƏSİNƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yazıları adətən kompyuterdə deyil, printerlə vərəqə çıxardıb oxuyuram.  

Yazıları adətən kompyuterdə deyil, printerlə vərəqə çıxardıb oxuyuram. 

Mövlud Mövludun anasına xitabən yazdığı “Mənə görə utanırsan, bilirəm” hekayəsini də dünən “copy-past” edib, evə aparmışdım. Evdə anam Mövludun həssas qələmindən çıxan  həmin yazıdan çox təsirləndi, kövrəldi.

Özünü onun anasının yerinə qoyur,ağlayır, ağlayırdı.

Dünən xəbər saytlarında gənc yazarın üzücü intihar xəbəri ilə yanaşı, başqa bir özünüqəsd cəhdindən də danışılırdı: “Yeni Yasamal qəsəbəsi, Fuad İbrahimbəyli küçəsindəki binanın 12-ci mərtəbəsindən özünü atan 1998-ci il təvəllüdlü Səmədov Şahmar Canəli oğlu xəstəxanaya yerləşdirilib. Xoşbəxtlikdən o, hadisə vaxtı binanın həyətindəki ağacın üstünə düşüb və ölümcül olmayan xəsarətlər alıb.”

Öz-özümə deyirəm ki, kaş Mövludun da özünü atdığı binanın həyətində bir ağac bitəydi, kaş bu istedad sacan gənc sağ qalaydı….

Deyirlər insanlar hansı vəziyyətdə ölürlərsə,  o cür də xatırlanırlar. Yəni, uşaqlıq, gənclik, orta yaş dövrlərini arxada qoyub, uzun həyat yolu keçərək dünyasını dəyişmiş insanlar yaddaşlarda son görüntü ilə qalırlar-qoca, xəstə, ahıl. Mövlud isə həmişə xatirələrə bizə fotoşəkillərdən baxdığı kimi, səmimi təbəssümlü, üzügülər gənc siması ilə həkk olunacaq….


VÜSAL BAĞIRLI