Mövlud Çavuşoğlu türk və rus dillərində başsağlığı verdi

Mövlud Çavuşoğlu türk və rus dillərində başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mi-8 helikopterinin qəzaya uğraması ilə bağlı Rusiya xalqına və həlak olanların yaxınlarına başsağlığı ifadə edib. O, başsağlığını özünün “Twitter” mikrobloqunda yazıb.

Nazir başsağlığını türk və rus dillərində ifadə edib.

Xatırladaq ki, Rusiyanın Krasnoyarsk diyarında “Mi-8” tipli sərnişin vertolyotu qəzaya uğrayıb.

Qəza nəticəsində üç nəfər ekipaj üzvü olmaqla 18 nəfər həlak olub.