Bakıda fəaliyyət göstərən məşhur “Mothercare” mağazasının endirimləri müştəriləri çaş-baş salıb.
Bakıda fəaliyyət göstərən məşhur “Mothercare” mağazasının endirimləri müştəriləri çaş-baş salıb.
Bu dəfə endirimlərdən şikayətçi olan şəxs “Mothercare”nin alıcısı Nəsrin Dadaşovadır.
Müştəri yazır: ““Mothercare Azerbaijan” 50% endirim elan edib. Aldığım mal 50 faiz endirimdə idi. Ən üstdəki etiketdə 32.20 AZN normal qiyməti və endirimi ilə 16.10 AZN olub. Etiketi evdə qopardıqda altındakı qiyməti gördüm. Deməli, əvvəl məhsul 24.00 AZN olub və 30% endirimlə 16.80 AZN-ə düşüb. Elə bunu düzgün 30% adıyla satın da…”
Nəsrin Dadaşovanın iddialarından belə nəticə çıxır ki, mağaza malın qiymətini süni şəkildə şişirdib və növbəti “endirim”i edib. (qafqazinfo)