İraq Ordusu Mosulun cənub-şərqində olan yaşayış məntəqələrini nəzarəti tamamilə ələ keçirib.
İraq Ordusu Mosulun cənub-şərqində olan yaşayış məntəqələrini nəzarəti tamamilə ələ keçirib.
TİA.AZ xəbər verir ki, İraq dövlət televiziyasına bununla bağlı Mosul əməliyyatı üzrə komandir Abduləmir Yarullah açıqlama verib.
“Federal Polis Qüvvələri, koalisiya qüvvələri və İraq təyyarələrinin hava dəstəyi ilə Mosulun bütün cənub-şərq bölgələrində İŞİD-ə qarşı nəzarət təmin olunub”, – deyə o bildirib.
Qeyd edək ki, Mosulun cənub-şərqi Fələstin, Somar, Domiz, Vahde, Miask, Selam, Yarımca və Şərqi Yarımca bölgələrindən ibarətdir.