İraqın hökumət qüvvələri Mosulun İŞİD terror qruplaşmasından azad edilməsi əməliyyatının başlamasından sonra ilk dəfə şəhərin
yaşayış məhəllələrinə daxil olub.
İraqın hökumət qüvvələri Mosulun İŞİD terror qruplaşmasından azad edilməsi əməliyyatının başlamasından sonra ilk dəfə şəhərin
yaşayış məhəllələrinə daxil olub.
Bu barədə TİA.AZ “Al Jazeera” telekanalına istinadən xəbər verir.
Bununla belə İraqın Hərbi Hava Qüvvələri İŞİD-in bir neçə silah anbarını məhv edib.
İraq Kürdüstanının Təhlükəsizlik Komitəsinin rəhbəri Masrur Bərzani bildirib ki, İŞİD pilotsuz uçuş aparatlarından, həmçinin zəhərli maddəli uzaqvuran
mərmilərdən və digər vasitələrdən istifadə edir.