MOSSAD Trampdan QİSAS ALIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin müdafiə naziri Aviqdor Liberman ölkəsi və ABŞ arasında kəşfiyyat məlumatlarının mübadiləsi prosesinə düzəlişlərin daxil edildiyini açıqlayıb. 

İsrailin müdafiə naziri Aviqdor Liberman ölkəsi və ABŞ arasında kəşfiyyat məlumatlarının mübadiləsi prosesinə düzəlişlərin daxil edildiyini açıqlayıb.

TİA.AZ xəbər verir ki, bu haqda “Foreign Policy” nəşri yazıb.

Nəşrin versiyasına görə, Təl-Əvivin bu qərarı ABŞ prezidenti Donald Trampın Rusiya xarici işlər naziri Sergey Lavrova İŞİD haqqında tam məxfi informasiyanı verməsi ilə bağlıdır. “Foreign Policy” bildirir ki, İsrail məmurları ölkə kəşfiyyatından alınan informasiyanın Rusiyaya ötürülməsindən narazılığını ifadə ediblər.

Liberman İsrailin ABŞ-la məlumat mübadiləsi prosesini hansı ölçüdə dəyişdirdiyini dəqiqləşdirməyib. Ancaq bəyanat öz-özlüyündə Trampın ehtiyatsız hərəkətindən İsrailin narazı qaldığını göstərir. Amerika nəşri qeyd edir ki, İsrail xüsusi xidmət orqanlarının qəzəblənmiş nümayəndələri amerikalı həmkarlarla görüşdə onların üzərinə qışqırırdılar.

“Hər şey KİV-də müzakirə etmək lazım deyil. Bəzi şeylər haqqında bağlı qapılar arxasında danışmaq lazımdır”, – İsrailin müdafiə naziri vurğulayıb.

Xatırladaq ki, prezident Donald Trampın Rusiya xarici işlər nazirinə mayın 10-da onunla Ağ Evdə keçirdiyi görüşdə tam məxfi informasiyanı verdiyi barədə ilk dəfə “Vaşinqton Post” qəzeti yazıb. Nəşr iddia edib ki, Tramp Lavrovla İŞİD terror qruplaşması haqqında informasiya verib. “Vaşinqton Post”un yazdığına görə, Tramp bununla da İŞİD üzrə kəşfiyyat mənbəyini böyük risk altında qoyub. Bildirilir ki, bu məlumatlar mübadilə olaraq ABŞ-ın xarici partnyorlarına verilirdi.

Sonradan “Röyters” agentliyi təsdiq edib ki, administrasiyadakı anonim mənbələr “Vaşinqton Post”da dərc edilmiş xəbərə uyğun informasiya yayıblar.

Vaşiqnton və Moskvadan əvvəlcə təkzib etsə də, sonradan Donald Tramp İŞİD terror təşkilatı ilə əlaqədar məxfi məlumatları Rusiyaya ötürdüyünü etiraf edib.

“Ağ Evdə keçirilən görüşdə prezident olaraq Rusiya ilə terrorizm və hava uçuşlarının təhlükəsizliyi əlaqədar həqiqətləri paylaşmaq istədim. Rusiya ilə danışıqların gedişatında informasiyanı bölüşmək hüququna malik idim. Həmçinin istəyirəm ki, Rusiya İŞİD və terrorizmə qarşı mübarizəsini əhəmiyyətli dərəcədə gücləndirsin”, – Tramp Tvitter səhifəsində yazıb.

Amerikann NBC News telekanalı isə ABŞ prezidenti və Sergey Lavrovun danışığının detallarını aydınlaşdırıb. Telekanala danışan Ağ Evdəki mənbələrin məlumatına görə, Ağ Evdə keçirilən görüşdə İŞİD terrorçularının təyyarənin içində terror aktını təşkil etmək planlarından söhbət gedib: “Vaşinqton bu informasiyanı İsrail kəşfiyyatından (MOSSAD) alıb. İsrail xüsusi xidmət orqanının əməkdaşı İŞİD-in içində işləyir. İŞİD-in içərisinə yerləşdirilmiş İsrail agenti terrorçuların planları haqqında Vaşinqtona məlumatlar verirdi. İndi o, ifşa olunma təhlükəsi ilə üz-üzədir”.