Moskvaya yenidən dron hücumu oldu – Video

Moskvaya yenidən dron hücumu oldu – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskva şəhərinə yenidən dron hücumu olub.

Tribunainfo.az xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin teleqram kanalında məlumat yayıb.

O, Moskva vilayətinin Mojaysk rayonunda 1 PUA-nın hava hücumundan müdafiə vasitəsi ilə vurulduğunu, daha bir PUA-nın isə Moskva-Siti ərazisində tikilməkdə olan binaya düşdüyünü yazıb.

Rusiya aviasiya xidmətləri də Moskva hava limanlarının hələ ki təyyarələri qəbul etmədiyini və göndərmədiyini bildirib.

Xatırladaq ki, ötən gecə də Moskva 2 dron hücumuna məruz qalmışdı.