“Türk Hava Yolları”nın Ankara-Moskva reysi Vnukovo əvəzinə Sankt-Peterburqun Pulkovo aeroportuna enməyə məcbur olub.
Tribunainfo.az “Mash” Teleqram kanalına istinadən xəbər verir ki, buna gecə Moskvaya PUA hücumu təhlükəsi səbəb olub.
Qeyd olunur ki, Sankt-Peterburq təyyarədən düşürülən sərnişinlər problemlə üzləşiblər:
“Onlara ya gözləməyi, ya da Moskvaya özləri necə istəyir, elə getməyi təklif ediblər. Sərnişinlərin dediyinə görə, baqajı versələr də, onlar ac-susuz və qeyri-müəyyənlik içərisində qalıblar. . Hər kəs Moskvaya getməlidir, çoxlarının digər şəhərlərə uçuşları var. Lakin aviaşirkət heç bir kömək etməyib”.