Rusiya işğal etdiyi Ukrayna şəhərlərində özü üçün yeni biznes qurub.
Tribunainfo.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, Moskva iş adamlarını işğal olunmuş ərazilərə göndərərək, evlərini müharibə səbəbindən tərk edərək, qaçmış ukraynalıların evlərini müsadirə edir.
“Sahibsiz ev” adlanan bu biznes sayəsində rus şirkətləri salamat qalmış evləri təmir edərək, onları ruslara verməklə külli miqdarda pul qazanırlar. “Rusiya işğal olunmuş ərazilərdə keçmiş sakinlərdən mənzilləri kütləvi şəkildə müsadirə edir və onları ruslara verir. Kremlə bağlı tikinti şirkətləri isə Rusiyanın işğalı nəticəsində dağılmış mənzillərin yenidən qurulmasından qazanc əldə edirlər. Eyni zamanda, Rusiyadan gələnlər bir sıra imtiyazlardan, məsələn, yeni tikilən evlərin 2%-lik ipoteka faizindən istifadə edirlər”.
Fərda Uğur