Mariya Zaxarovanın sözləri göstərir ki, Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı Azərbaycan XİN-in və Azərbaycan ictimaiyyətinin mövqeyi Moskvada neqativ qarşılanıb.
Mariya Zaxarovanın sözləri göstərir ki, Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı Azərbaycan XİN-in və Azərbaycan ictimaiyyətinin mövqeyi Moskvada neqativ qarşılanıb.
Bu sözləri TİA.AZ-a Zaxarovanın Ümumrusiya Azərbaycan Konqresinin bağlanmasına verdiyi rekasiyaya munasibətini bildirərkən politoloq Şahin Cəfərli deyib.
Onun sözlərinə görə, onlar bunu Rusiyanın daxili işlərinə müdaxilə kimi qiymətləndirirlər.
“Eyni zamanda, qərarın erməni lobbisinin təsiri ilə qəbul olunduğu barədə Bakıda səslənən fikirlər də Moskvanın qəzəbinə səbəb olub, çünki onlar Rusiya məhkəmələrinin lobbilərin təsiri altında qərar qəbul etmədiyini bildirirlər. Zaxarovanın mövqeyi həm də o deməkdir ki, Ümumrusiya Azərbaycan Konqresi barədə Rusiya Ali Məhkəməsinin qərarının ləğv olunacağını gözləməyə dəyməz. Əlbəttə, istisna etmək olmaz ki, iki ölkə prezidenti arasında hər hansı görüş və ya telefon danışığı baş tutarsa, problem öz həllini tapa bilər. Digər tərəfdən, Zaxarovanın bəyanatında “AzərRos”un adının səslənməsi mənim diqqətimi cəlb etdi. Ola bilsin ki, yaxın gələcəkdə Azərbaycan diaspora təşkilatı kimi məhz bu qurumun önə çıxmasına Moskva tərəfindən şərait yaradılsın”.
Politoloq deyir ki, Ümumrusiya Azərbaycan Konqresi Azərbaycan hakimiyyətinə yaxın olan bir qurum idi, “AzerRos” isə Rusiya hakim dairələrinə daha yaxın olan və ya olmaq istəyən qurumdur:
“Məncə, Ümumrusiya Azərbaycan Konqresinin ləğvinin səbəblərindən biri məhz elə bu məsələdən – yəni, onun Rusiyadan çox Azərbaycana yaxın olmasından qaynaqlanır. Ümumən, Rusiyanın Azərbaycana qarşı mövqeyinin sərtləşməsinin əsas səbəbinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğunu düşünürəm. Rusiya ABŞ və Fransanın razılığı ilə bu problemin həllini öz üzərinə götürüb. Qərbin bu məsələdən yaxasını kənara çəkməsini fürsət bilən Moskva elə bir həll variantını reallaşdırmağa çalışır ki, regionda onun dayaqları daha da möhkəmlənsin. Yəni, Rusiya münaqişəni öz maraqlarına uyğun şəkildə həll etməyə çalışır. Azərbaycan isə ədalətsiz sülh təkliflərini qəbul etmir və bu mövqeyi ilə Rusiyanın planlarına əngəl törədir. Moskvanı qəzəbləndirən də məhz budur”.
İlahə Cəfərli