Kreml bu hadisədən daxili təmərküzləşmə üçün istifadə edəcək.Tribunainfo.az xəbər verir ki, bu sözləri REAL Partiyasının üzvü Natiq Cəfərli Moskvada baş verən terror hadisəsi ilə bağlı danışarkən deyib. O bildirib ki, əslində indi verilməli sual “kimə sərf edir”, və ya, “məqsəd nə idi” olmalıdır:
“Putinə bu hadisə sərf edirmi – düşünmürəm, əksinə, ən çox ziyan ona dəyir, hələ heç inaqurasiya mərasimini də etməyib, seçkidən həmən sonra bu hadisə ziyandır.
Kremlin müxtəlif “qüllələri” edə bilərmi – ola bilər, inaqurasiyadan sonra Putin hökumətin tərkibini dəyişəcəyi, hətta “güc nazirlikləri” ilə bağlı qərarlar verəcəyi söylənilirdi.
Qərbə sərf edirmi – ola bilər, amma bu addımla nəyə nail olacaqdılar ki?! Putin zəifləyəcəkmi, Rusiya cəmiyyəti ayağamı qalxacaq – düşünmürəm, əksinə, Kreml bu hadisədən daxili təmərküzləşmə üçün istifadə edəcək.
Ukraynaya sərf edirmi – məntiqlə, hə, amma əks effekt verə, Kreml daha dağıdıcı zərbələr vura bilər. Məncə, Ukrayna indi ən azı XİN səviyyəsində Rusiya xalqına (hökumətinə yox ha, məhz xalqına) başsağlığı versə, udarlar. Ümumiyyətlə, Ukrayna təbliğatının ən zəif və özlərinə böyük ziyan vuran tərəfi o oldu ki, tək Kremli, Rusiya hakimiyyətini deyil də, cadə camaatı, xalqı hədəf alıb aşağıladılar, Rusiyada 30 mln. vətəndaşın Ukrayna ilə qohumluq əlaqələrinin olduğunu, 10 mln. nəfərə yaxın etnik ukraynalıların yaşadığını nəzərə alıb ictimai rəyə müsbət təsir etməyə çalışmadılar, bütün xalqı suçladılar, bu Ukrayna hakimiyyətinin son illərdə çoxsaylı səhvlərindən biri oldu”.
Nigar