Moskvadakı terror aktında yaralıların sayı artdı – Videobackend

Moskvadakı terror aktında yaralıların sayı artdı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib.

Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, naməlum şəxslər ticarət mərkəzində atəş açıb.

“Baza” teleqram kanalı isə hadisə nəticəsində 12 nəfərin həlak olduğunu, 35 nəfərin isə yaralandığını yazıb.

“RİA Novosti”nin məlumatına görə, 3 nəfər avtomat silahdan atəş açıb. Bununla yanaşı, binada yanğının qeydə alındığı bildirilir.

Qeyd edək ki, “Crocus City Hall” ticarət mərkəzi azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.